Fərid Namazov: “Biz də qələbə qazana bilərdik, rəqib də”

15 Avqust 2026 21:30
83
Fərid Namazov: “Biz də qələbə qazana bilərdik, rəqib də”

“Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Fərid Namazov Azərbaycan Premyer Liqasının birinci turunda “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Matç 0:0 hesabı ilə qurtarıb.

“Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də”, - Namazov bildirib.

İdman.Biz