Azərbaycan futbolunda növbəti transfer rəsmiləşib. Son olaraq “Cəbrayıl”ın formasını geyinən qapıçı Rüstəm Samiqullin karyerasını “Karvan-Yevlax”da davam etdirəcək.
İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Sabah”ın yetirməsi olan Samiqullin karyerası ərzində bir neçə Azərbaycan klubunda çıxış edib. O, 2024/25 mövsümündə icarə əsasında “Neftçi”nin formasını geyinib, daha sonra “Sabah”dan ayrılaraq “Cəbrayıl”a keçib.
Samiqullin aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına da dəvət alıb. Qapıçı Azərbaycan U-20 millisinin heyətində beynəlxalq oyunlarda iştirak edib.
