Andrey Demçenko: “Qol vurmusansa, sənə qol vururlar”

27 Fevral 2026 21:57
158
Andrey Demçenko: “Qol vurmusansa, sənə qol vururlar”

Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik.

İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə” ilə oyundan sonra deyib. Matç 1:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb.

“Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmusansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir”, - baş məşqçi əlavə edib.

İdman.Biz