“Sabah”ın hücumçusu Coy-Lens Mikels “Qarabağ”la qarşıdakı oyun barədə fikirlərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, futbolçu komandasının turnir vəziyyətinə baxmayaraq, heç-heçə üçün oynamaq niyyətində olmadığını vurğulayıb.
“Sabah” hər zaman qələbə üçün oynayır. Biz daim qalib gəlmək istəyən rəqabətcil oyunçularıq. Düşünürəm ki, maraqlı oyun olacaq”, - Mikels futbolinfo.az-a deyib.
Hücumçu həmçinin “Qarabağ”ın “Nyukasl”a qarşı çətin səfər oyununun Bakı komandasına üstünlük verə biləcəyi fikri ilə razılaşmayıb.
“Xeyr, bununla razı deyiləm. Mövsüm hələ uzundur. Rəqibin “Nyukasl” oyunu üçün bir həftə hazırlaşmaq imkanı oldu və “Neftçi” ilə matçları təxirə salındı. Bu baxımdan bunun bizə hər hansı üstünlük verməsi ilə razılaşmıram”, - o, vurğulayıb.
