AFFA Hakimlər Komitəsinin sədri “Qəbələ” – “Sabah” oyununda baş hakimin doğru qərar verdiyini təsdiqləyib - VİDEO

17 Fevral 2026 22:49
192
AFFA Hakimlər Komitəsinin sədri “Qəbələ” – “Sabah” oyununda baş hakimin doğru qərar verdiyini təsdiqləyib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 20-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, ümumilikdə 5 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis referi Rauf Cabarovun “Qəbələ” – “Sabah” görüşündə mübahisəli penalti epizodu ilə bağlı doğru qərar qəbul etdiyini təsdiqləyib.

İdman.Biz