“Sabah”la fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq”.
İdman.Biz xəbər verir ki, “Qəbələ”nin məşqçisi Giorgi Çixradze Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sabah”la matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib.
“Qəbələ” doğma meydanda “Sabah”a 0:1 hesabı ilə uduzub.
“Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdəq qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Sonda məğlub olduq.
Bizim fikrimizcə, sayılmayan qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu”.
