AFFA Hakimlər Komitəsinin sədri 18-ci turda referilərin səhv qərarlar qəbul etdiklərini bildirib - VİDEO

3 Fevral 2026 22:46
124
AFFA Hakimlər Komitəsinin sədri 18-ci turda referilərin səhv qərarlar qəbul etdiklərini bildirib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 18-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis referi Rauf Cabarovun “Araz-Naxçıvan” – “Neftçi” görüşündə, Elçin Məsiyevin isə “Qarabağ” – “Turan Tovuz” matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.

İdman.Biz