PFL təcili iclas keçirib, dayandırılan matçın keçirilmə gününü açıqlayıb

Xəbərlər
23 Dekabr 2023 18:17
147
PFL təcili iclas keçirib, dayandırılan matçın keçirilmə gününü açıqlayıb

Bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb.

İdman.biz xəbər verir ki, Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın dekabrın 24-də davam etdirilməsi qərara alınıb.

Görüş saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdiriləcək.

Qeyd edək ki, 81-ci dəqiqəyədək oyunda “Turan Tovuz” 2:1 hesabı ilə öndə olub.

İdman.biz