Ayxan Abbasov: “Çempionatda ən vacib qələbəmizi qazandıq”

31 Yanvar 2026 20:26
87
Ayxan Abbasov: “Çempionatda ən vacib qələbəmizi qazandıq”

“Çatışmayan cəhətimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir”.

İdman.Biz bildirir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasında “Kəpəz”lə oyundan (2:0) sonra deyib.

“Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib “Qarabağ” səfərindən 3 xalla qayıtmışdı. Motivasiyalı idilər. Xal fərqi azala bilərdi. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandılar. Turnir cədvəlində yerimizi möhkəmləndirdik.

İkinci hissədə rəqib birdən-birə 4 əvəzetmə elədi. Hücum xəttini gücləndirdilər. Bilirdik ki, “Kəpəz” üstümüzə çox gələcək”, - Abbasov bildirib.

İdman.Biz