“Şamaxı” “Zirə”nin futbolçusunu icarəyə götürüb

Xəbərlər
19 Yanvar 2026 20:22
36
“Şamaxı” “Zirə”nin futbolçusunu icarəyə götürüb

“Şamaxı” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.

İdman.Biz bu barədə kluba istinadən məlumat verir.

Bölgə təmsilçisi “Zirə”dən Ramiz Muradovu icarə əsasında heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.

İdman.Biz