“Sabah” müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
İdman.Biz-in kluba istinadən məlumatına görə, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Boyan Letiç 2022-ci ilin fevralından “Sabah”ın üzvü idi. O, klubun heyətində ümumilikdə 125 oyun keçirib.
Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir.
Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
