“Qəbələ” ilin ilk transferini reallaşdırıb

Xəbərlər
5 Yanvar 2026 21:05
79
“Qəbələ” ilin ilk transferini reallaşdırıb

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

İdman.Biz