“Sabah” futbol klubunun müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin baş məşqçisi Adrian Mejevski ilə söhbətindən danışıb.
İdman.Biz qol.az-a istinadən xəbər verir ki, polşalı futbolçu “Sabah”la müqavilə imzalamazdan əvvəl milli komandanın baş məşqçisinin ona zəng etdiyini bildirib.
“Ümumilikdə, mən milli komandanın maraq dairəsindəyəm. Çünki Polşada sol cinah müdafiəçiləri çox deyil. Buna görə də şansım var, əsas odur ki, yaxşı oynayım”, - o, deyib.
Puxaç əlavə edib ki, “Sabah”a keçməzdən öncə Bratislava “Slovan”ından konkret təklifi olub: “Oraya keçmək istəyirdim, demək olar ki, hər şey razılaşdırılmışdı. Amma transfer bazarında belə hallar olur, birdən-birə kimsə sənin yerini tutur”.
Timoteuş Puxaç bu mövsümdən “Sabah”ın formasını geyinir.
