“Sumqayıt”ın qış hazırlığında qarşılaşacağı rəqiblər müəyyənləşib - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA + YENİLƏNİB

17 Dekabr 2025 21:19
248
“Sumqayıt”ın qış hazırlığında qarşılaşacağı rəqiblər müəyyənləşib - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA + YENİLƏNİB

“Sumqayıt” qış hazırlığı çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

İdman.Biz bildirir ki, komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

19:19

“Sumqayıt” Futbol Klubunun qış hazırlıq planları bəlli olub.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək “Sumqayıt” FK Lara bölgəsində üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Yusif Sadıqlı

İdman.Biz