Elmar Baxşıyev: “Kubok oyunundan sonra stress yaşamışdıq”

Xəbərlər
9 Dekabr 2025 21:53
35
Elmar Baxşıyev: “Kubok oyunundan sonra stress yaşamışdıq”

“Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm”.

İdman.Biz bildirir ki, bunu “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XVI turunda “Kəpəz”lə oyundan sonra deyib.

“Matç ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı. Felipe Santosun zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram”, - baş məşqçi bildirib.

Matç 2:0 hesabı ilə Naxçıvan klubunun qələbəsi ilə qurtarıb.

İdman.Biz