“Neftçi” növbəti oyuna hazırlığını davam etdirir - FOTO

Xəbərlər
22 Noyabr 2025 20:20
20
“Neftçi” növbəti oyuna hazırlığını davam etdirir - FOTO

“Neftçi” Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı “İmişli” klubu ilə matça hazırlaşır.

İdman.Biz bildirir ki, klubun mətbuat xidməti bu gün keçirilən hazırlıqdan şəkillər payıaşıb.

Oyun noyabrın 23-də 17:30-da “Palms Sports Arena”da başlayacaq.

“Neftçi”nin 11 oyundan sonra 15 xalı var və 7-ci yerdədir.

“İmişli” 12 xalla 9-cu yerdə qərarlaşıb.

İdman.Biz