Azərbaycan futbolunun tanınmış simalarından olan Mehman Allahverdiyev “Kəpəz”in qonağı olub. Gəncə təmsilçisinin üç dəfə ölkə çempionu, dörd dəfə isə Azərbaycan Kubokunun qalibi olmasında mühüm rol oynayan veteran klubun rəhbərliyi ilə görüşüb.
İdman.Biz xəbər verir ki, “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri Anar Abdullayev Mehman Allahverdiyevi qəbul edib.
Görüş zamanı klub rəhbəri komandada görülən işlər və gələcək planlar barədə məlumat verib. Anar Abdullayev veteran futbolçulara diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
O, vaxtilə “Kəpəz”in formasını geyinən futbolçuların komandanın ev oyunlarına daim dəvət olunduğunu da diqqətə çatdırıb.
