“Xankəndi” futbol komandasının oyunçuları və klub rəhbərliyinin nümayəndələri Qarabağ Universitetinin qonağı olublar. Səfər çərçivəsində futbolçular tələbələrlə görüşüb, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar.
İdman.Biz xəbər verir ki, klub nümayəndələri universitetin tədris mühiti və infrastrukturu ilə tanış olduqdan sonra gənclərlə səmimi söhbət aparıblar.
Tələbələrin böyük maraqla qarşıladığı futbolçular idman karyeraları və futbol təcrübələri barədə fikirlərini bölüşüb, onlara ünvanlanan sualları cavablandırıblar.
Görüş zamanı tələbələr sevimli futbolçularından imza alıb, onlarla xatirə şəkilləri çəkdiriblər. Komanda üzvləri azarkeşlərin formalarını və digər atributlarını imzalayıblar.
Qeyd edək ki, Qarabağ Universiteti ilə “Xankəndi” futbol klubu arasında əməkdaşlıq gənclərin idmana marağının artırılması, azarkeşlik mədəniyyətinin inkişafı və Xankəndidə futbol mühitinin təşviqinə xidmət edir.
