Elmar Baxşıyev: “Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil”

Xəbərlər
8 Noyabr 2025 21:05
25
Elmar Baxşıyev: “Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil”

“Ağır oyun alındı”.

İdman.Biz bildirir ki, bu sözləri “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev “Karvan-Yevlax”la oyundan sonra bildirib.

Matç 2:1 hesabı ilə Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

“Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.

Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna bir heyətlə başlasaq da, gedişatda əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil”, - Baxşıyev deyib.

İdman.Biz