I Liqa: “Şahdağ Qusar” “Şimal”a, “Zaqatala” “Difai”yə qalib gəlib

Xəbərlər
6 Noyabr 2025 23:57
55
I Liqa: “Şahdağ Qusar” “Şimal”a, “Zaqatala” “Difai”yə qalib gəlib

Futbol üzrə Azərbaycan I Liqasında VII tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. “Şahdağ Qusar” “Şimal”ı, “Zaqatala” isə “Difai”ni məğlub edib.

Qeyd edək kik, turun 3 görüşü dünən keçirilib. “Şəfa” “Mingəçevir”ə, “Baku Sportinq” “Cəbrayıl”a, “Səbail” isə MOİK-ə qalib gəlib.

I Liqa, VII tur, 6 noyabr

“Difai” – “Zaqatala” 1:2
Qollar: M.Həsənov, 90+1 - H.Abdurəşid, 57, R.Şabanov, 82

“Şahdağ Qusar” – “Şimal” 4:2
Qollar: R.Voronsov, 41, M.Məsimov, 81, E.Veysov, O.Fərəcov, 90+5 - İ.Səmədov, 35, F.Nadirov, 55
Qırmızı vərəqə: S.Əlişan, 90+1 (“Şimal”)

İdman.Biz