Kaxaber Tsxadadze: “Danışacaq çox şey yoxdur”

Kaxaber Tsxadadze: “Danışacaq çox şey yoxdur”

“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə ki, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür”.

İdman.Biz bildirir ki, “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a böyükhesablı məğlubiyyətdən (1:7) sonra deyib.

“Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu günki oyuna hazır deyildi. İki çox sadə səhvlərdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə ki, analiz etməliyik. Danışacaq çox şey yoxdur”, - baş məşqçi vurğulayıb.

İdman.Biz