“Komandamı təbrik edirəm. Meydanda çox yaxşı və düzgün reaksiyalar göstərdilər”.
İdman.Biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında deyib.
“Sabah” – “Qəbələ” oyunu meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.
“Rəqib haqqında da xoş sözlər demək istəyirəm. “Qəbələ” təhlükəli rəqibdir. Ola bilər ki, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı çıxış etdik. Qollar vurduq və fasilədən sonra da bu tempi qorumağa çalışdıq. Oyun ərzində üstün tərəf biz idik. Bu qarşılaşmanı artıq geridə qoyuruq. Üç gün sonra “İmişli” ilə oyunumuz var”, - baş məşqçi bildirib.
