“Neftçi” ulduz futbolçu Vensan Abubakarla müqavilənin müddətini açıqlayıb.
İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisində “45” nömrəli formada çıxış edəcək Kamerun millisinin hücumçusu ilə “1+1” illik müqavilə bağlanıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.