“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevin vəzifəsindən ayrılmasının səbəbi müəyyənləşib.
İdman.biz bildirir ki, bu barədə Report-a komandanın sabiq rəsmisinin özü məlumat verib.
O, bunu şəxsi işlərinin çoxluğu ilə əlaqələndirib:
“Öz işlərim var, onlarla məşğulam, tam fərqli sahədir. Artıq bir aydan çoxdur ki, “Turan Tovuz”da çalışmıram. Tovuz mənim üçün uzaqdır, gedib-gəlmək çətindir. Yol adamı yorur”.
Qeyd edək ki, Əli Balakişiyev 2023-cü ildən bu vəzifədə çalışırdı.