Fərid Qayıbov "Qarabağ"ı tarixi qələbə münasibətilə təbrik edib

17 Sentyabr 2025 02:10
299
Fərid Qayıbov "Qarabağ"ı tarixi qələbə münasibətilə təbrik edib

Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ı UEFA Çempionlar Liqasının əsas mərhələsində qazandığı qələbə münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Təbriklər, "Qarabağ", - nazirin təbrikində qeyd olunub.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin I turunda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşan "Qarabağ" 0:2 hesabı ilə geridə olduğu matçda 3 qol vuraraq qələbə qazanıb.