Şahin Diniyev: “Qazanılan bir xal bizim üçün vacibdir”

Xəbərlər
2 Dekabr 2023 19:21
134
Şahin Diniyev: “Qazanılan bir xal bizim üçün vacibdir”

“Oyun gərgin və əsəbi şəkildə getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk yarıda 15 dəqiqə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi”.

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"la heç-heçə oynayan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının XV turunda iki xal itirən paytaxt klubunun çalışdırıcısı kobud səhvdən sonra qol buraxdıqlarını bildirib. Diniyev bu mövsüm pis oynadıqları üç oyunu da açıqlayıb: “Futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və bundan sonra komanda toparlana bilmədi. Oyunçular əsəbi idilər, bacardıqlarını edə bilmirdilər. Fasilədə onlarda psixoloji baxımdan sakitlik yaratmağa çalışdım. Amma bu istədiyimiz kimi alınmadı. İkinci hissədə oyunun tempi düşdükcə, futbolçularda təşviş var idi. Qazanılan bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. 15 turu təhlil etsək, 3 pis oyunumuz var. "Qəbələ" ilə səfər, "Araz-Naxçıvan"la ev və bugünki qarşılaşmaları qeyd edə bilərəm.

Qeyd edək ki, "Araz-Naxçıvan" – “Səbail” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.

İdman.biz