"Sumqayıt" Kamran Quliyevlə yollarını ayırıb

Xəbərlər
11 Sentyabr 2025 19:01
52
"Sumqayıt" Kamran Quliyevlə yollarını ayırıb

Sumqayıt” FK ilə futbolçu Kamran Quliyev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İdman.biz bildirir ki, 25 yaşlı futbolçu 2023-cü ildən klubda çıxış edib. Hesabında 35 oyun və 4 qol var.

Quliyev daha əvvəl "Şamaxı" və "Sabah" klublarının şərəfini qoruyub.

İdman.biz