“Qarabağ” 90+5-ci dəqiqədə bir xal qazanıb - VİDEO

Xəbərlər
1 Dekabr 2023 01:58
420
“Qarabağ” 90+5-ci dəqiqədə bir xal qazanıb - VİDEO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində V turunda “Molde”nin qonağı olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu çətin səfərdən bir xalla dönüb.

Norveçdə keçirilən matç ikinci yerin taleyinə aydınlıq gətirə bilərdi. Oyun dramatikliyi ilə yadda qalıb. Ağdam təmsilçisi uzun müddət hesabda öndə olsa da, "Molde" 82-ci və 87-ci dəqiqələrdə iki qol vurub. Hər iki topu "Qarabağ"ın qapısından Eriksen keçirib. Məğlubiyyətlə barışmayan Azərbaycan çempionu əsas vaxta əlavə olunmuş dəqiqələrdə vacib bir xal qazanıb. Künc zərbəsindən sonra Bəhlul Mustafazadə fərqlənib.

Qazanılan bir xal sayəsində "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. Son oyunda Bakıda "Hekken"lə qarşılaşacaq komandamız pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb. Ağdam klubu qələbə qazanacağı təqdirdə "Bayer" - "Molde" görüşünün heç bir əhəmiyyəti qalmayacaq. Əgər iki komandanın xalları eyni olarsa, şəxsi görüşlərin nəticəsinə görə, "Qarabağ" ikinci olacaq.

Qeyd edək ki, qrupun digər oyununda “Hekken” İsveçdə “Bayer”ə 0:2 hesabı ilə uduzub.

Avropa Liqası

30 noyabr
H qrupu
V tur
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar:
Martin Eriksen, 82; 87 - Olavio Juninyo, 11, Bəhlul Mustafazadə, 90+5
Baş hakim: Erik Lambreçts
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Oyvann, 6. Martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa
Ehtiyat oyunçular: 34. Peter Lervik, 2. Martin Byörnbak, 10. Erik Kitolano, 25. Anders Haqelskyaer, 33. Niklas Edeqor, 36. Filip Kristoffersen, 37. Leon Hovland, 46. Andreas Miklebust, 50. Qustav Niheym.
Baş məşqçi: Erlinq Moe
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov
Molde. “Molde” stadionu

1

Bayer

5

5

0

0

14-2

15

2

Qarabağ

5

2

1

2

5-8

7

3

Molde

5

2

1

2

11-7

7

4

Hekken

5

0

0

5

2-15

0

İdman.biz