Azərbaycan kubokunda 1/8 finalın 6 cütü bəlli olub

Xəbərlər
29 Noyabr 2023 20:19
292
Azərbaycan kubokunda 1/8 finalın 6 cütü bəlli olub

Bu gün Azərbaycan kubokunun II mərhələsinin növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, 1/8 finalda çıxış edəcək 14 komandanın adına aydınlıq gəlib.

Bu mərhələdən mübarizəyə qoşulan Premyer Liqa klubları güclərini sübuta yetiriblər. Yalnız “Kəpəz” çətinliklə üzləşib və rəqibi əlavə vaxtda mübarizədən kənarlaşdırıb. Bu gün keçirilən 4 oyundan sonra turnirin 6 cütü müəyyənləşib.

Azərbaycan kuboku

1/8 final
“Zirə” – “Turan Tovuz”
“İrəvan” – “Araz-Naxçıvan”
“Sumqayıt” – “Karvan”
“Neftçi” – “Qaradağ-Lökbatan”
“Kəpəz” – “Sabah”
“Qarabağ” – MOİK
“İmişli”/Mingəçevir cütünün qalibi – “Qəbələ”
“Səbail” – “Zaqatala”/Şamaxı cütünün qalibi

Qeyd edək ki, sabah keçiriləcək son iki oyundan sonra növbəti xoşbəxt klubların adları müəyyənləşəcək.

İdman.biz