“İrəvan” prezidenti Zahid Niyazəliyev cəzalandırılıb.
İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
Niyazəliyev I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyunundakı hərəkətinə görə diskvalifikasiya olunub. O, matç başa çatdıqdan sonra akkreditasiyasız meydançaya, dəhlizə daxil olduğuna görə 1 oyun cəzalanıb.
“İrəvan” isə 50 manat cərimə edilib.
İdman.biz