“Qarabağ” Avropa Liqasında “Molde” ilə oyundan öncə Bakıda son məşqinə çıxıb.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandasının hazırlığının ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
“Azersun Arena”da baş tutan məşqə komandada tam heyətlə çıxıb.
Qeyd edək ki, "Qarabağ" noyabrın 29-da Norveçə yollanacaq. Həmin gün baş məşqçi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matç isə noyabrın 30-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Emin Ağa
İdman.biz