Səlahiyyətli nümayəndə "Araz-Naxçıvan"ı tarixi qələbə münasibətilə təbrik edib

Xəbərlər
24 İyul 2025 23:18
57
Səlahiyyətli nümayəndə "Araz-Naxçıvan"ı tarixi qələbə münasibətilə təbrik edib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Araz-Naxçıvan"ı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris" üzərindəki tarixi qələbə münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, Fuad Nəcəfli bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Təbrikdə deyilir: "UEFA Konfrans Liqasının ilk oyununda “Aris” üzərində 2:1 hesablı qələbə münasibətilə Araz-Naxçıvan komandasını təbrik edirəm. Göstərilən əzm və peşəkarlıq təqdirə layiqdir. Növbəti qarşılaşmalarda da uğurlar arzulayıram".

İdman.biz