Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
İdman.biz xəbər verir ki, bununla bağlı klub Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
Səbəb kimi Ağsu şəhər stadionunda aparılan təmir işləri göstərilib. Təmir işləri yekunlaşanadək əyalət təmsilçisinin ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsinə icazə verilib.
İdman.biz