“Neftçi” futbol klubu bu gün yoxlama görüşünə çıxıb.
İdman.biz xəbər verir ki, “ağ-qaralar” milli komandaların oyunu ilə bağlı yaranan fasilədə Bakıda Rusiya “Zenit”i ilə qarşılaşıb.
Hər 2 komandanın yığmalarda olan futbolçuları görüşdə iştirak etməyiblər. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun heyətində hər iki qolu rusiyalı Reziuan Mirzov vurub. Onun həmyerlilərinin qapısından keçirdiyi ikinci top baxımlı alınıb. "Zenit"in yeganə qoluna De Keyros imza atıb.
Yoxlama görüşü
18 noyabr
21:00. Neftçi (Azərbaycan) – Zenit (Rusiya) - 2:1
Qollar: Reziuan Mirzov, 10; 62 - De Keyros, 54
Baş hakim: Rauf Cabarov
"Neftçi": Rza Cəfərov, Dieqo Valdez, Azər Əliyev, Andre Şinyaşiki, Ruslan Abışov, Lukas Melano, Rəhman Hacıyev (k), Reziuan Mirzov, Aaron Olanare, Yuri Matias, Ervin Koffi
Ehtiyat oyunçular: Aqil Məmmədov, Eldar Babayev, Qara Qarayev, Mark Tamaş, Kenni Sayef, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Turan Vəlizadə, Yeqor Boqomolski
"Zenit": 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor
Baş məşqçi: Sergey Semak
Bakı. “Neftçi Arena”
Qeyd edək ki, bu komandaların iyulda “Match TV” turniri çərçivəsində Sankt-Peterburqdakı oyununda “Zenit” 3:1 hesabı qələbə qazanıb.
İdman.biz