“Düşünmürəm ki, Bakını gəzməyə çox vaxtımız olacaq”.
İdman.biz xəbər verir ki, bunu "Zenit"in qapıçısı Mixail Kerjakov noyabrın 18-də "Neftçi" ilə keçirəcəkləri yoldaşlıq oyunu öncəsi deyib.
O, Azərbaycana gözlənilən səfərdən həvəslə danışıb: “Birincisi, bu, yoldaşlıq oyunu olsa da, beynəlxalq təcrübədir. Üstəlik, avrokubokların olmaması səbəbindən vəziyyəti bir az dəyişə bilərik. Bundan əlavə, daha az oyun vaxtı olan futbolçularımız özlərini təkmilləşdirə bilərlər”.
Kerjakov heç vaxt Bakıda olmadığını bildirib: “Mahaçqalada oynayanda ora getmək imkanım var idi, amma bundan yararlanmadım. Əgər vaxtımız olsa, təbii ki, bəlkə harasa baş çəkərik, şəhəri gəzərik”.
Rusiyalı futbolçu komandaların Sankt-Peterburqda keçirilən mövsümöncəsi turnirdə Rusiya çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatan son oyununu da xatırladıb: “Mənə elə gəlirdi ki, o vaxt “Neftçi” ikinci hissədə yəqin ki, fiziki cəhətdən bir az geriləyib, kənardan belə görünürdü. Onların da hazırlıq dövrü olmuşdu, yəqin ki, fiziki hazırlığı heç də yüksək səviyyədə deyildi. Amma bu normal haldır”.
Nicat Zəkiyev
İdman.biz