Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, klubun mətbuat xidmətindən verilən açıqlamaya görə komanda Oruc Məmmədovu heyətinə qatıb.
21 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Məmmədov “Səbail”dən "Şamaxı"ya keçib.
Qeyd edək ki, Oruc başa çatmış mövsümdə 4 oyunda meydana çıxıb. O, bu görüşlərdə bir qol və bir ötürmə ilə fərqlənib.
İdman.biz