3000 manata görə yetirməsi olduğu kluba “yox” deyib

Xəbərlər
6 İyun 2025 11:44
64
3000 manata görə yetirməsi olduğu kluba “yox” deyib

“Sumqayıt” ilə yollarını ayıran Rövlan Muradovun “Qəbələ“yə dönüşü baş tutmayıb.

İdman.biz “Sportinfo”ya istinadən xəbər verir ki, bir illik fasilədən sonra Premyer Liqaya qayıdan klub yetirməsini geri qaytara bilməyib.

Buna maliyyə şərtləri səbəb olub. “Qırmızı-qaralar” 27 yaşlı yarımmüdafiəçiyə 7000 manat məvacib təklif edib. O isə bundan 3000 manat artıq əməkhaqqı istədiyindən, danışıqlar baş tutmayıb.

Qeyd edək ki, Muradovun adı “Neftçi” ilə hallanır. O, ölkə xaricinə də yollanmaqda maraqlıdır.

İdman.biz