“Zirə”nin futbolçusu oynayıb, Gürcüstan qələbə qazanıb

Xəbərlər
6 İyun 2025 10:50
43
“Zirə”nin futbolçusu oynayıb, Gürcüstan qələbə qazanıb

"Zirə"nin futbolçusu David Volkov Gürcüstan millisində növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Villi Sanyolun baş məşqçisi olduğu komanda Tbilisidə Farer adalarını qəbul edib.

Yoldaşlıq görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Volkov görüşdə 64-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, matçda yeganə qolu 9-cu dəqiqədə Luka Loçoşvili vurub.

İdman.biz