Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev Rusiya və Nigeriya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa təyinat alıb.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, həmin matçda FIFA referisinə yan xətt hakimləri – Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 6-da “Lujniki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İdman.biz