Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, komanda Murad Vəliyevlə müqaviləyə xitam verib.
22 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında bölgə təmsilçisinə qoşulub. Muradla 6 aylıq + 1 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, Vəliyev bundan əvvəl Estoniya çempionatında oyanyıb.
İdman.biz