28 yaşlı qapıçı daha bir il "Şamaxı"da

3 İyun 2025 20:46
316
28 yaşlı qapıçı daha bir il "Şamaxı"da

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, klubun mətbuat xidmətində bu barədə məlumat verilib.

28 yaşlı qapıçı Abdulla Seydəhmədovla mövsümün sonunda bitən müqavilə daha bir il artırılıb.

Qeyd edək ki, Abdulla 2023-cü ilin yayından "Şamaxı"nın şərəfini qoruyur.

İdman.biz