Xorvatiyalı qapıçı iki həftə oynamayacaq

Xəbərlər
11 Noyabr 2023 18:33
232
Xorvatiyalı qapıçı iki həftə oynamayacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda İvan Brkiçin xidmətindən istifadə edə bilməyib.

İdman.biz xəbər verir ki, xorvatiyalı qapıçı “Sumqayt”la oyunda əvvəl son məşqdə zədələnib.

Təcrübəli qolkiper bud nahiyəsində əzələ dartılmasından əziyyət çəkir. Brkiçin təxminən 2 həftəlik müalicə kursu keçəcəyi bildirilib.

Qeyd edək ki, “Neftçi” 13-cü turda öz meydanında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Qapıda Brkiçi Aqil Məmmədov əvəzləyib.

İdman.biz