Sumqayıt" Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin məşhur "Aspire" akademiyasında təlim-məşq toplanışı keçiblər.
İdman.biz xəbər verir ki, noyabrın 4-də başlayan toplanış zamanı “kimyaçılar” yoxlama oyunlarında qüvvələrini sınayıblar.
U-12 komandası keçirilən oyunlarda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. U-11 komandamsı isə keçirdiyi hər 3 görüşdə məğlub olub.
Qeyd edək ki, Qətər toplanışında keçirilən oyunlarda rəqib “Aspire” akademiyasının müvafiq yaş qrupları olub.
İdman.biz