Samir Əliyev: “Qarabağ”ın qrupda əsas rəqibi “Bayer” deyil”

Müsahibə
9 Noyabr 2023 12:49
274
Samir Əliyev: “Qarabağ”ın qrupda əsas rəqibi “Bayer” deyil”

“Hər kəs “Qarabağ”dan layiqli oyun gözləyir. Azərbaycan çempionu dəfələrlə güclü rəqiblərə qarşı bunu sübut edib”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin (U-21) baş məşqçisi Samir Əliyev deyib.

O, bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa münasibət bildirib. Əliyev baş məşqçi Qurban Qurbanovun komandanı oyuna ən düzgün taktika ilə çıxaracağını düşünür. Onun fikrincə, bu qrupda ağdamlıların əsas rəqibi “Bayer” deyil: “Qarabağ”ın bu əsas rəqibləri “Molde” və “Hakken”dir. Təmsilçimizin qrupdan çıxmaq şansları bu oyunlardan asılı olacaq. Ümid edək ki, “Hakken”lə evdə, “Molde” ilə isə səfərdə “Qarabağ” istədiyi nəticəni əldə edib qrupdan çıxacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Bayer” matçı saat 21:45-də başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Emin Ağa

İdman.biz