Dünya çempionatı: Azərbaycan yığması yarımfinala yüksəlib

Xəbərlər
2 Noyabr 2023 22:07
294
Dünya çempionatı: Azərbaycan yığması yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-nin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, yığma bu gün 1/4 finalda Bolqarıstanı məğlub edib.

Qarşılaşmanın birinci hissəsində qapılara top vurulmayıb. Fasilədən dərhal sonra iki qol vuran Azərbaycan yığması böyük üstünlük qazanıb. Az sonra üçüncü qol millimiz 3:1 hesabı ilə qələbə qazanıb.

Yığmamız yarımfinalda Qazaxıstan komandası ilə qarşılaşacaq. Qazaxlar 1/4 finalda Çexiyanı (3:3, pen. 3:2) penalti seriyasında məğlub edib.

Dünya çempionatı
2 noyabr
1/4 final
21:00. Azərbaycan – Bolqarıstan - 3:1
Qollar:
Vusal İsayev, 28. Rəvan Kərimov, 32. Mirmehdi Rzayev, 36 - Denis İvanov, 40

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı 3:0, Bolqarıstan İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

İdman.biz