Ramil Şeydayevin komandası Çempionlar Liqasında məğlub olub

Xəbərlər
25 Oktyabr 2023 16:24
182
Ramil Şeydayevin komandası Çempionlar Liqasında məğlub olub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Buriram Yunayted" Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Tailand təmsilçisi III tur çərçivəsində “Melburn Siti”ni qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Avstraliya klubu ilk hissədə vurduğu 2 qolla qalib gəlib. Meydana start heyətində çıxan 27 yaşlı hücumçumuz 73-cü dəqiqədə əvəzlənib.

Bu qələbədən sonra “Melburn Siti” birinci pillədəki yerini möhkəmlədib. Onlar 7 xala malikdir. "Buriram Yunayted" isə 3 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Tailand təmsilçisi IV turda “Melburn Siti”nin qonağı olacaq. Görüş noyabrın 11-də baş tutacaq.

İdman.biz