Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb

25 Oktyabr 2023 16:09
302
Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, qiymətlər 5, 10 və 15 manatdır.

VİP biletlər isə 30, 50 və 200 manata satılır. Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, matç noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz