Millimizin üzvü Avropanın ən yaxşısı seçilib

7 Yanvar 2025 20:49
221
Millimizin üzvü Avropanın ən yaxşısı seçilib

Avropada minifutbol üzrə ilin ən yaxşı oyunçularının adları açıqlanıb.

İdman.biz xəbər verir ki, qaliblər arasında Azərbaycan yığmasının futbolçusu yer alıb.

Milli komandamızın üzvü Vüsal İsayev 2024-cü ildə Avropanın ən yaxşı müdafiəçisi seçilib.

Qeyd edək ki, Vüsal İsayev Azərbaycan çempionu “Birbaşa Bakı” klubunun üzvüdür.

İdman.biz