Qurban Qurbanov: “Hər iki komanda layiq olduğunu qazandı”

Xəbərlər
20 Oktyabr 2023 21:14
92
Qurban Qurbanov: “Hər iki komanda layiq olduğunu qazandı”

“Rəqib komandanı təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım”.

İdman.biz saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Turan-Tovuz”la 2:2 hesabı ilə başa çatan oyundan sonra üçüncü qolu da vurmalı olduqlarını bildirib. O, hər iki komandanın xal qazanmağa layiq olduğunu qeyd edib: “İki qol vursaq, bu, qələbə üçün kifayət etmədi. 3-cü qolu vurmaq lazım idi. "Turan Tovuz" standart vəziyyətlər zamanı çox təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı”.

Qurban Qurbanov Avropa Liqasında qarşılaşacaqları “Bayer” haqqında da danışıb: “Bayer" gücü hamıya məlumdur, ciddi rəqibdir. Yalnız Almaniya çempionatına görə deyil, həm də oyununa görə inamlı təsir bağışlayır. İstərdim ki, bütün futbolçular çətin oyuna tam hazır olsun. Heyət optimal deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm”.

İdman.biz