"Turan Tovuz"un insult keçirən rəsmisinin vəziyyəti nisbətən yaxşılaşıb

Xəbərlər
29 Noyabr 2024 17:32
160
"Turan Tovuz"un insult keçirən rəsmisinin vəziyyəti nisbətən yaxşılaşıb

"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənovun vəziyyəti nisbətən yaxşılaşıb.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.

O, atasının reanimasiyada olduğunu bildirib:

"Atam hazırda reanimasiyadadır və bazar ertəsinə qədər orada qalmalıdır. Lakin əvvəlki günlərə nisbətən durumunu qənaətbəxş hesab etmək olar. Ən azı indi gözünü açıb və ayağını tərpədə bilir. Əsas problem sağ əlində və nitqindədir. Sol beyin yarımkürəsində beyin infarktı aşkarlanıb".

Qeyd edək ki, İman Həsəov iki gün öncə insult keçirib.

İdman.biz